Putin söz verdi: “Crocus”da terror aktını sifariş edənlər mütləq tapılacaqlar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Rusiya Federasiyası “Crocus”da terror aktını sifariş edənləri mütləq tapacaq”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin geniş
kollegiya iclasında deyib.
O bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktını sifariş
verən son ünvanı müəyyən etmək vacibdir.
V.Putin, həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq
artırılmalıdır.
“Ölkədəki ictimai yerlər diqqətlə qorunmalıdır”, – deyə V.Putin vurğulayıb.
Mənbə: TASS