Putin superağır raketləri sınaqdan keçirəcəklərini bəyan edib

Putin superağır raketləri sınaqdan keçirəcəklərini bəyan edib

Baxış sayı: 1. 914 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin 2028-ci ildə Rusiyanın superağır raketlərini sınaqdan keçirməyə başlayacağını açıqlayıb.

ÇıxışYolu.Com “İnterfaks”a istinadən xəbər verir ki, V.Putin bu barədə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Kosmos” pavilyonuna baxış zamanı bildirib.

Onun sözlərinə görə, sınaqları keçirmək üçün onların planlaşdırdığı “Vostoçnı” kosmodromunda xüsusi start kompleksi yaratmaq lazımdır.

V.Putin qeyd edib ki, buraxılış kompleksi və raketin eyni anda hazırlanması üçün raket və buraxılış meydançası paralel olaraq inşa ediləcək.

www.ÇıxışYolu.Com