Rusiya prezidenti Vladimir Putin “Şermetyevo” hava limanında təyyarə yanğınında ölənlərin ailələrinə başsağlığı verib.
RİA Novosti xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib:
“Prezident qəzada ölənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”.
Xatırladaq ki, mayın 5-də Moskvanın “Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanıb.
Təyyarə Moskva-Murmansk reysini həyata keçirirmiş. İlkin məlumatlara görə, 13 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.