Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun amerikalı həmkarı Donald Trampla görüşü ABŞ-ın daxilindəki kəskin daxili siyasi mübarizə səbəbindən baş tutmayıb.
ÇıxışYolu.Com bununla bağlı RİA Novosti agentliyinə istinadla xəbər verir.
“Bunu Birləşmiş Ştatlardakı həmkarlarımızdan soruşmalıyıq. Mənim fikrimcə, bu, ABŞ-ın daxilindəki siyasi mübarizəyə görədir”, – Putin Avstraliyanın ORF telekanalına müsahibəsində deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, Kreml Rusiya və ABŞ prezidentlərinin görüşünün təşkili məsələsində amerikalı həmkarları tərəfindən təşəbbüs hiss edir.