Putinlə Ərdoğan arasında təkbətək görüş başa çatıb – YENİLƏNİB

Putinlə Ərdoğan arasında təkbətək görüş başa çatıb – YENİLƏNİB

Baxış sayı: 3. 577 dəfə baxılıb.

Qeyri-dostlar Rusiya ilə Türkiyə arasındakı münasibətləri korlaya bilmədi, hər iki tərəf “imtahandan müvəffəqiyyətlə keçdi”.

ÇıxışYolu.Com xəbər verir ki, bu bəyanatı Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada Rusiyalı həmkarı Putinlə keçirdiyi görüşdən sonra səsləndirib.

“Bəzi dairələr bizim Rusiya ilə münasibətlərimizi zəhərləməyə cəhd etdi, ancaq biz bu imtahandan böyük müvəffəqiyyətlə keçdik.

Münasibətlərimiz daha da möhkəmləndi. Bu gün imzalanmış dörd müqavilə bu münasibətləri bundan da çox möhkəmləndirəcək” deyə Ərdoğan birgə mətbuat konfransında bildirib.

Bu arada mətbuat konfransında  Rusiya lideri Vladimir Putin jurnalistlərin “Skripal işi” ilə bağlı suallarını cavablandırıb.  Britaniya tərəfinin iddiaları rədd edən Putinin sözlərinə görə, Skripalın zəhərlənməsinə səbəb olmuş “Noviçkok” maddəsini dünyanın 20-ə yaxın ölkəsi istehsal edə bilər.

21:00

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun Rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş saat yarım davam edib

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 “Ərdoğan Putin arasında görüş 1,5 saata davam edib və artıq yekunlaşıb. Ondan sonra Türkiyə və Rusiyanın yüksək səviyyəli əməkdaşlıq şurasının toplantısı başlayıb.” deyə Türkiyə prezident administrasiyasının mətbuat xidməti bildirib.

Qeyd edək ki, təkbətək görüşdən əvvəl liderlər Türkiyənin ilk  Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimində iştirak edib.

16:27

Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçilməsindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.

ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutub.

Səfər çərçivəsində Akkuyu Nüvə Bazasının açılışında iştirak, İran prezidenti Həsən Ruhaninin də iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.

Görüşdə regional siyasi, iqtisadi məsələlər müzakirə olunacaq.

Prezidentin səfəri iki gün davam edəcək.

www.ÇıxışYolu.Com