Putin və Ərdoğan İran məsələsini müzakirə edib

Putin və Ərdoğan İran məsələsini müzakirə edib

Baxış sayı: 2. 455 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlər iki tərəfli münasibətlərdən savayı, ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması məsələsini müzakirə edib.

“Hər iki lider ABŞ-ın bu qərarının yanlış olduğunu qeyd edib, müştərək fəaliyyət planının bir diplomatik uğur olduğuna və qorunulmasının vacibliyinə diqqət çəkib”, – deyə agentliyin mənbəyi bildirib.

Rusiya və Türkiyənin dövlət başçıları eyni zamanda son günlər Suriyada gərginliyin artmasına dair narahatlıq ifadə edib.

.
www.ÇıxışYolu.Com