Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Suriyanın ABŞ və onun müttəfiqləri tərəfindən bombalanması ilə bağlı telefonla danışıblar.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:
“Rusiya prezidenti Qərb dövlətlərinin BMT qətnamələri, eləcə də beynəlxalq hüquq və prinsipləri kobud şəkildə pozduqlarını vurğulayıb.
Həmçinin Rusiya və Türkiyə Suriyada baş verən hadisələrin siyasi nizamlanma istiqamətində inkişafı, ikitərəfli münasibətləri fəallaşdırmağı müzakirə ediblər”.