Putin və Ərdoğan Rusiya-Türkiyə münasibətlərini müzakirə ediblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon
danışığı aparıb, ikitərəfli münasibətlərin inkişafı, eləcə də Qara dəniz
regionunun təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Türkiyə dövlət başçısı Vladimir Putini Rusiya prezidenti seçkisində inamlı
qələbəsi münasibətilə təbrik edib və ona Rusiya xalqının rifahı naminə hökumət
fəaliyyətində yeni uğurlar arzulayıb. Söhbət zamanı çoxşaxəli Rusiya-Türkiyə
münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə gələcəkdə də sıx
fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub”, – deyə məlumatda bildirilib.
Mənbə: TASS