Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Kremlin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, ölkələrin liderləri Suriyadakı vəziyyəti müzakirə edib.
“Mayın 9-da Moskvada keçirilən danışıqların davamı olaraq, Suriya münaqişəsinin nizamlanması ilə bağlı bəzi aspektlər müzakirə olunub”, -deyə məlumatda qeyd olunur.
Bundan savayı Putin və Netanyahu ikitərəfli münasibətlərin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıb.