Putin və Ruhani Suriyanı müzakirə edib

Putin və Ruhani Suriyanı müzakirə edib

Baxış sayı: 2. 412 dəfə baxılıb.

Rusiya dövlət başçısı Valdimir Putin İran prezidenti Həsən Ruhani ilə Suriya məsələsini telefonda müzakirə edib.

ÇıxışYolu.Com xəbər verir ki, liderlər ABŞ liderliyindəki hücum barədə danışıqlar aparıblar və bölgədəki son vəziyyəti dəyərləndiriblər.

Kremlin açıqlamasında deyilir:

“Liderlər ABŞ və müttəfiqlərinin Suriya torpaqlarına təşkil etdiyi raket hücumundan sonra yaranan vəziyyətlə bağlı fikir mübadiləsi ediblər. bu qeyri-qanuni davranışın Suriyadakı siyasi vəziyyəti düzəltmə ümidlərinə ciddi zərər verdiyi qeyd edildi.

Vladimir Putin vurğuladı ki, BMT anlaşmasını çeynəyən bu cür hadisələr davam edəcəyi halda beynəlxalq əlaqələrdə xaos qaçınılmaz olacaq”.

www.ÇıxışYolu.Com