Rusiya prezidenti Vladimir Putin Moskva-Vaşinqton münasibətlərini şərh edib.
NTV telekanalı xəbər verir ki, Putin ölkəsinin ABŞ-la dialoqa hazır olduğunu bəyan edib.
“ABŞ özü Rusiya ilə münasibətlərin inkişaf etdirilib-etdirilməməsi barədə qərar verməlidir. Onlara dialoq lazımdırsa, Rusiya buna hazırdır. Lazım deyilsə, onlar yetişənədək gözləyərik”, – deyə o vurğulayıb.