48fcb96e-ae06-4984-be0e-4c5fb57770fa..jpg

Putindən Rusiya – Çin hərbi ittifaqı barədə AÇIQLAMA

Baxış sayı: 407 dəfə baxılıb.

Putindən Rusiya – Çin hərbi ittifaqı barədə AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskva və Pekin heç bir hərbi-siyasi ittifaq yaratmır, Qərbdə isə məhz bunu
edirlər”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının “Moskva.
Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Biz dəfələrlə demişik: Biz hansısa hərbi-siyasi ittifaqda birləşmirik, lakin
bunu edən amerikalılardır. Üstəlik, onlar öz müttəfiqlərini Rusiya və Çinlə
münasibətləri pisləşdirməyə məcbur edirlər”, – deyə o, bildirib.

Rusiya lideri xüsusilə Qərblə Çin arasındakı qarşıdurmaya diqqət çəkib. O,
vurğulayıb ki, Çin ABŞ ilə mübarizə aparmır, amma ABŞ əksinə, Pekinlə
qarşıdurma yolunu tutub.

Putin qeyd edib ki, Avropa özü Çinlə mübahisə etmək istəmir, Avropa ölkələri
arasında ticarətin həcmi durmadan artır: “Onlar Çin ilə münasibətləri korlamaq
istəmirlər”.

Mənbə: TASS

Source link