Putindən sərt xəbərdarlıq: Cavabsız qoymayacağıq

Baxış sayı: 2. 363 dəfə baxılıb.

Putindən sərt xəbərdarlıq: Cavabsız qoymayacağıq

Rusiya ABŞ-ın orta və yaxın mənzilli raketlər haqqında Müqavilədən çıxmasını cavabsız qoymayacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə keçirdiyi müşavirədə deyib. 

Bununla yanaşı o qeyd edib ki, Moskva məsələ ilə bağlı amerikalı tərəfdaşlarla dialoq aparmağa hazırdır. 

“Güman edirik ki, onlar buna tam məsuliyyətlə yanaşacaqlar. ABŞ-ın sözügedən müqavilədən çıxması şübhəsiz ki, tərəfimizdən cavabsız qala bilməz və qalmayacaq”, – deyə o vurğulayıb.

Putin onu da əlavə edib ki, hazırda Rusiya istənilən raket əleyhinə müdafiə sistemini yara biləcək hiper səs silaha malikdir. 

Qeyd edək ki, oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlər haqqında Müqavilədən çıxmasını istədiyini bəyan edib. Müvafiq sənəd 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. 

www.ÇıxışYolu.Com