420b416e-1868-4b08-badb-aa0445c20399..jpg

Putindən təklif: “Hərbi əməliyyatlar faciəsinə son qoymaq barədə düşünmək lazımdır”

Baxış sayı: 642 dəfə baxılıb.

Putindən təklif: “Hərbi əməliyyatlar faciəsinə son qoymaq barədə düşünmək
lazımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin G20 sammitindəki onlayn çıxışı zamanı
ölkəsinin Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyini diqqətə
çatdıraraq, hərbi əməliyyatların faciə olduğunu, buna son qoymaq barədə
düşünməyin zəruriliyini vurğulayıb.

“Hərbi əməliyyatlar həmişə konkret insanlar, konkret ailələr və bütövlükdə
ölkə üçün faciədir. Təbii ki, biz bu faciəni necə dayandırmaq barədə
düşünməliyik. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından
imtina etməyib”, – dövlət başçısı bildirib.

O, Rusiyanın Ukraynada və İsrailin Qəzzada apardığı hərbi əməliyyatları
müqayisə edib. V.Putin bu iki hərbi əməliyyatın hansının daha dəhşərli olması
barədə tədbir iştirakçılarına sual ünvanlayıb.

Mənbə: rbc.ru

Source link