Berlində Rusiya prezidenti Vladimir Putinin keçmiş kansler Gerhard Şröder (1998-2005) və Koreya Respublikası vətəndaşı Kim So Yonun toyunda iştirak üçün Almaniyaya gələcəyini istisna etmirlər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Bild qəzeti yazıb.
“Putin yenidən Almaniyaya gələ bilər, düzdür, şəxsi qaydada. Berlində şaiyələr gəzir ki, oktyabrda o, dostu Gerhard Şröderin toyunda iştirak edə bilər”, – deyə, nəşr yazıb.
Qəzetin məlumatına görə, nikah mərasimi oktyabrın 5-də keçiriləcək və Berlinin mərkəzində Adlon hotelində baş tuta bilər.
Bild həmçinin yazır ki, “artıq oktyabrın ortalarında Rusiya XİN rəhbərinin Berlinə gələcəyi gözlənilir”.
Almaniya hökuməti bu səfəri hələ təsdiqləməyib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin avqustun 18-də Avstriya XİN rəhbəri Karin Knayslın maliyyəçi Volfqanq Maylingerlə toyunda iştirak edib və daha sonra Berlinə, Almaniya kansleri Angela Merkel ilə görüşə yola düşüb.