RF-nin prezidenti seçilmiş Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə RF-nın baş naziri Dmitri Medvedev məlumat verib.
Medvedev Dövlət Dumasında hökumətin son altı ildə fəaliyyəti ilə bağlı hesabatla çıxış edərkən bildirib:
“Ölkə prezidenti seçdi. Mayın 7-də andiçmə mərasimindən sonra hökumət öz səlahiyyətlərini Konstitusiyaya uyğun olaraq üzərinə götürəcək”.