Putinin limuzinindəki nömrə işlənmiş çıxdı – FOTO

Putinin limuzinindəki nömrə işlənmiş çıxdı – FOTO

Baxış sayı: 2. 488 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putini inaqurasiya mərasiminə daşıyan yeni limuzinin dövlət nömrə nişanı əvvəllər “Daewoo Sens” və “QAZ 3110” markalı avtomobillərin üzərində olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Rusiyanın dövlət nömrə nişanları bazasına əsasən, “B776УС77” nömrə nişanı 1998-ci ilin aprel ayında 47 yaşlı Moskva sakinin sahib olduğu “QAZ 3110” avtomobilinin üzərində olub.

Daha sonralar isə həmin nömrə Zelenoqrad sakininə məxsus “Daewoo Sens”ə bərkidilib.

“31 mart 2016-cı ildə sözügedən nömrə nişanı yenidən vahid məlumat bazasına qaytarılıb. Onu istənilən avtomobil sahibi əldə edə bilərdi”, – deyə mənbə “Lenta.ru”ya verdiyi açıqlamada bildirib.

Qeyd edək ki, Putini andiçmə mərasiminə daşıyan Rusiya istehsalı olan limuzin “Kortej” layihəsi çərçivəsində hazırlanıb və “Aurus” adlanır.

Limuzinin uzunluğu 6,62 metr, eni iki metr, hündürlüyü 1,69 metr təşkil edir.

.
www.ÇıxışYolu.Com