c72bfec0-0213-43b4-ac80-9ce9d5c9ab41..jpg

Putinin müsəlman salamlaşması gündəm oldu – VİDEO

Baxış sayı: 441 dəfə baxılıb.

Putinin müsəlman salamlaşması gündəm oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin ölkənin İctimai Palatasının yeni tərkibilə
görüş keçirib.

Kadrlar sosial şəbəkələrdə yayılıb.

Görüş zamanı dövlət başçısı tatarıstanlı din xadiminin “Hörmətli Vladimir
Vladimiroviç, assalamu aleykum!”, – müraciətinə “Aleykum assalam!”, – deyərək
cavab verib.

Daha sonra Putin bildirib ki, SSRİ dövründə indiki qədər məscid tikilməyib.

“Müasir Rusiyada sovet dövründəkindən daha çox məscid tikilib. Ərəb
həmkarlarım Rusiyada 8 min məscidin tikildiyinə inanmırlar”, – deyə o bildirib.
Prezidentin sözlərinə görə, bu rəqəm fantastik görünür, lakin tikinti davam
edəcək.

“Bu, dövlət üçün vacibdir və biz bunu dəstəkləyəcəyik”, – deyə prezident
vurğulayıb.

Source link