Rusiya prezidenti Vladimir Putinin avtomobili “Avto.ru” saytında 8,5 milyon rubla satışa çıxarılıb.
ÇıxışYolu.Com-ın Lenta.ru-ya istinadən məlumatına görə, 2003-cü il buraxılışı olan göy rəngli zirehli “Mercedes-Benz Pullman W220 S600” limuzini şəxsi kolleksiyadadır.
Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir.
“Nəqliyyat vasitəsi Kremlin qarajında olub və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hakimiyyəti vaxtında istifadə edilib”, – elanda deyilir.
Elanda avtomobilin xüsusi sifarişlə hazırlandığı qeyd olunur.