Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefon danışığı olub.
RİA Novosti xəbər verir ki, rusiyalı liderin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, Putinlə Trampın telefon söhbəti 90 dəqiqə davam edib.
Prezidentlər Şimali Koreya və Venesueladakı vəziyyəti, Rusiya, ABŞ və Çin arasında mümkün nüvə razılaşmasını, həmçinin, Müllerin məruzəsini müzakirə ediblər.
Verilən məlumata görə, söhbət zamanı Trampın Şimali Koreya lideri Kim Çın Inla görüşü xüsusi müzakirə olunub. Tramp Putindən Şimali Koreyaya nüvə silahlarının azaldılması üçün təzyiq göstərməyi xahiş edib.
Söhbət zamanı Ukrayna mövzusuna toxunan Putin bildirib ki, Ukraynanın yeni seçilmiş prezidenti Minsk sazişinə əməl etməyin vacibliyini anlamalıdır.