6a8b8a03-8918-4a86-8e92-4453be08d4fe..jpg

Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub – FOTO

Baxış sayı: 405 dəfə baxılıb.

Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elan edilmiş pyes müsabiqəsinə 21 iştirakçı müraciət edib.
Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirilib,
müsabiqəyə təqdim edilən pyeslərin arasından Ülviyyə Heydərova “Torpaqlar”
pyesi ilə birinci yerə, Niyaz Qasımov “Pənahəli xan” pyesi ilə həvəsləndirici
mükafata layiq görülüb.

Müsabiqənin münsiflər heyəti Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar
incəsənət xadimi, yazıçı, ssenarist və dramaturq Əli Əmirli, teatr və kino
tənqidçisi Aliyə Dadaşova və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq
ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas Elnarə Akimovadır.

Source link