dfb8dd65-c153-47f0-9990-71fb5209b8bf..jpg

Qərbi Azərbaycan Xronikası: Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi – VİDEO

Baxış sayı: 529 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan
babanın hekayəsi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Fəxriyyə Liliparın təqdimatında “Görmədiyi yurdun həsrətinin əsəri –
“Ev dustağıyam” adlı süjet hazırlanıb.

Müəllifi Şah Selimi Türkay olan “Ev dustağıyam” əsəri əsasında hazırlanmış
süjetdə Zəngəzur mahalının Qacaran şəhərindən çıxmamaq üçün ailəsini evinə
qapadan babanın – Şahsuvar müəllimin hekayəsi və Qərbi Azərbaycan faktoru
araşdırılıb.

Bildirilib ki, Şahsuvar müəllimin dərin insani keyfiyyətləri, həyata nikbin
baxışı, insansevərliyi, peşəsinə, Vətəninə və ailəsinə olan hədsiz sevgisi onu
Qərbi Azərbaycan torpaqlarından uzaq düşən könlünün yaşadığı Vətən
dustaqlığından daxilindəki azadlığa sığındırır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link