Qəza yerindən qaçan sürücü həbs edildi

Qəza yerindən qaçan sürücü həbs edildi

Baxış sayı: 9. 832 dəfə baxılıb.

Balakən rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol-nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Bu barədə ÇıxışYolu.Com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Fevralın 19-da saat 23:00 radələrində Balakən rayon sakini Tural Əliyev sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ 21154” markalı, 08 BJ 273 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçmək istəyən piyadalar Rəşad Haqverdiyev və Rafail İsayevi vuraraq hadisə yerindən qaçıb. 

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış R.Haqverdiyev və R.İsayev Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış tədbirlər nəticəsində T.Əliyev tutularaq istintaqa cəlb olunub.

T. Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

 Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

www.ÇıxışYolu.Com