UEFA Gənclər Liqası turnirində mübarizə aparan “Qəbələ”nin 19 yaşadək komandası Moldovanın Tiraspol şəhərində “Şerif”lə qarşılaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Şerif Arena”da keçirilən oyunda “Qəbələ” 3:1 hesabı ilə qələbə qazanıb.
Qəbələdə baş tutmuş ilk matç 1:1 bitdiyindən təmsilçimiz növbəti mərhələyə vəsiqə əldə edib.
“Qəbələ”nin UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi Almaniyanın “Herta” klubu olacaq.
Bu komanda ilk mərhələdə Polşanın “Lex” klubunu hər iki matçda məğlub edib – 2:0, 3:2.