window._ttzi = 128;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Bu gün Azərbaycan Premyer Liqasında VII turun oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, turun açılış görüşündə “Zirə” “Qəbələ”ni qəbul edib və mövsümdə ilk qələbəsini qazanıb – 1:0.
Digər oyunda “Sumqayıt” “Səbail”in qonağı olub və 0:2 hesabı ilə uduzub.
Turun mərkəzi qarşılaşmasında isə lider “Neftçi” IV pillədə yer alan “Sabah”la üz-üzə gəlib və rəqibinə qalib gəlib – 2:0.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, “Neftçi” bu qələbəni anası vəfat edən hücumçu Kvame Karikariyə həsr edib.
Qeyd edək ki, VII turun “Keşlə” – “Qarabağ” matçı 31 oktyabra təxirə salınıb.
S.M.
www.ÇıxışYolu.Com