Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünə yekun vurulub.
ÇıxışYolu.Com-ın məlumatına görə, yarış Naxçıvan Muxtar Respublikası Stadionunda keçirilən final oyunu ilə başa çatıb.
Avropa Liqasına vəsiqə verən mükafat uğrunda matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.
Oyun erkən qolla başlayıb. Stiven Monroz 4-cü dəqiqədə hesabı açıb.
Bu top matçın taleyini həll edib. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi adına yiyələnib.