dac5fa55-cdd9-4a66-bb63-4e7f4fc27400..jpg

“Qəbələ” İdman Klubundan ötən gün şəhid olan Novruzla bağlı AÇIQLAMA – FOTO

Baxış sayı: 935 dəfə baxılıb.

“Qəbələ” İdman Klubundan ötən gün şəhid olan Novruzla bağlı AÇIQLAMA – FOTO

Dünən Tərtər rayonunun azad edilmiş hissəsində minaya düşərək şəhid olan
Novruz Niftalıyev “Qəbələ” İdman Klubunun cüdo bölməsinin üzvü olub.

“Qəbələ” klubunun yaydığı məlumata görə, o, 2013-18-ci illərdə klubun şərəfini
qoruyub. Novruz klubun məşqçisi Rail İsmayılovun rəhbərliyi altında beş ildən
artıq hazırlıq keçib. Niftalıyev bu müddətdə dəfələrlə müxtəlif turnirlərin
qalibi və mükafatçısı olub.

Aprelin 2-də minaya düşərək həlak olan 2004-cu il təvəllüdlü Niftalıyev Novruz
Eldəniz oğlu Qəbələ rayonu Nohurqışlaq kəndində dəfn edilib.

Source link