“Qəbələ” Kipr klubundan 150 min avro tələb edir

“Qəbələ” Kipr klubundan 150 min avro tələb edir

Baxış sayı: 9. 508 dəfə baxılıb.

Kiprin “Anortosis” klubunda çııxış edən Araz Abdullayevin komanda ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, bu səbəbdən Famaqusta təmsilçisi millimizin üzvünü transfer etmək barədə qərar verib.

Arazın oyunundan razı qalan “Anortosis” bu keçidi reallaşdırmaq niyyətindədir. Xəbərdə qeyd edilib ki, futbolçunun müqavilə ilə məxsus olduğu “Qəbələ” Kipr klubundan bu transfer üçün 150 min avro tələb edib. “Anortosis” də bu məbləği ödəmək fikrindədir.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ötən yay “Qəbələ”dən “Anortosis”ə bir illik icarəyə verilmişdi.

S.T.
www.ÇıxışYolu.Com