“Qəbələ” klubu ciddi təhlükə qarşısındadır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qəbələ” klubu növbəti mövsümdən etibarən ciddi maliyyə problemi yaşaya bilər.
Cixisyolu.com xəbər verir ki, “qırmızı-qaralar” aşağı liqaya düşəcəyi təqdirdə
dövlətdən illik 3 milyon manat yox 300 min manat alacaqlar.
Klub rəsmiləri isə legioner futbolçuları komandadan göndərərək yükü azaltmağa
çalışırlar.
Qeyd edək ki, “Qəbələ” klubu ötən həftələrdə Gilad Abramov və Abu-Akal Ferasla
yollarını ayırmışdı.