5118709c-42dc-4df0-8506-76401147023e..jpg

“Qəbələ” MMA döyüşçüləri ilə yeni müqavilə bağlayacaq

Baxış sayı: 463 dəfə baxılıb.

“Qəbələ” MMA döyüşçüləri ilə yeni müqavilə bağlayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq
Musayev yeni müqavilə imzalayacaqlar.

Klubun saytının yaydığı məlumata görə, imzalanma mərasimi oktyabrın 19-da baş
tutacaq.

Xatırladaq ki, MMA döyüşçülərimiz noyabrın 4-də “Rizin” turniri çərçivəsində
Bakıda baş tutacaq “Landmark 7”də qüvvələrini sınayacaqlar. Milli Gimnastika
Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev
“Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Abbasov isə rusiyalı Ali
Abdulxalikovla üz-üzə gələcəklər.

Source link