Avropa Liqasında çıxış edəcək klublarımızın potensial rəqibləri müəyyənləşib.
ÇıxışYolu.Com-ın məlumatına görə, UEFA I təsnifat mərhələsindəki klubları qruplara bölüb.
Azərbaycanı bu turnirdə təmsil edəcək “Qəbələ”, “Neftçi” və “Keşlə” səpələnmişlərin sırasında qərarlaşacaq.
Topaz Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ”nin beş potensial rəqibi “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda”dır (Slovakiya).
Bürünc medalçı “Neftçi”yə bu mərhələdə “Buduçnost” ( Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və ya “Rasinq Yunion” (Lüksemburq) rəqib olacaq.
Azərbaycan kubokunun qalibi “Keşlə”nin bəxtinə isə “Milsami” (Moldova), “Rudar” (Monteneqro), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltsan”dan (Malta) biri düşəcək.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.