“Qəbələ” – “Qarabağ” oyununun vaxtı və yeri dəyişdirildi

“Qəbələ” – “Qarabağ” oyununun vaxtı və yeri dəyişdirildi

Baxış sayı: 2. 725 dəfə baxılıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turu çərçivəsində “Qəbələ” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəyişdirilib.

ÇıxışYolu.Com xəbər verir ki, mayın 20-də nəzərdə tutulan matç mayın 21-nə keçirilib.

Görüş isə Qəbələdə yox, Bakıda olacaq.

Buna səbəb qarşılaşma başa çatandan sonra reallaşacaq mükafatlandırma mərasimidir.

“Qarabağ” qızıl, “Qəbələ” isə gümüş medalı təmin etsə də, “bürüncü”n sahibi son turda bəlli olacaq. III yerin sahibinin mükafatlandırmada işirakı üçün “Qəbələ” – “Qarabağ” görüşü turun digər görüşləri ilə eyni gündə deyil, ertəsi baş tutacaq. Hələlik oyunun keçiriləcəyi stadion müəyyənləşməyib. 

Qeyd edək ki, bürünc medallara “Neftçi”, “Zirə” və “Sumqayıt” iddialıdır. “Ağ-qaralar” son turda “Kəpəz”in qonağı olacağı halda, digər iki kollektiv Sumqayıtda üz-üzə gələcək.

S.T.
www.ÇıxışYolu.Com