694cc4e5-8266-47b4-8d88-798a640b6463.webp

Qəbələ sakini özünü güllələdi – QOLUNU KƏSDİLƏR

Baxış sayı: 35 dəfə baxılıb.

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş
nəticəsində xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız
davranması zamanı xəsarət aldığı müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Source link