Qəbələ sakinlərindən qanunsuz silahlar aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu
silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və
saxlanılması qaydalarının pozulması, eləcə də qanunsuz ov hallarının qarşısının
alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlər zamanı rayon sakinləri – Feyruz Vəliyev,
Rudik Qukasov və Tofiq Nəsrullayevdən müvafiq sənədləri olmayan ümumilikdə 3
ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində qanunsuz ov edən
bir, mülki ov silahının daşınması qaydalarını pozan 11 nəfər müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində toplanmış materiallar
baxılması üçün məhkəməyə göndərilib.