“Qəbələ” topdaşıyanlara, “Turan Tovuz” azarkeşlərinə görə cərimələndi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi “Qəbələ” və “Turan Tovuz” klublarını cərimələyib.
AFFA-dan verilən məlumatına görə, buna komandalar arasında Azərbaycan Premyer
Liqasının XIV turunun oyununda baş verən qayda pozuntuları səbəb olub.
Qarşılaşmanın 86-cı dəqiqəsində topdaşıyanlar meydana daxil olduğuna görə
“Qəbələ” 500 manat cərimə edilib. 90+2-ci dəqiqədə isə “Turan Tovuz”
azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün Tovuz təmsilçisi 1500
manat ziyana düşüb.
Qeyd edək ki, “Qəbələ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 4:0 hesablı
qələbəsi ilə yekunlaşıb.