2018/19 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
ÇıxışYolu.Com klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” toqolu futbolçu Lalavele Atakoranı heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Atakora ötən mövsüm “Adana Dəmirspor”un heyətində ümumilikdə 33 qarşılaşmada 3 qol vurub.
2008-ci ildə Toqonun ən yaxşı gənc futbolçusu adına yiyələnən yarımmüdafiəçi 2011-ci ildə ölkəsinin əsas milli komandasında debüt edib. Lalavele bu komandada 13 oyunda 1 qol vurub.
Xatırladaq ki, “Qəbələ” bunadək albaniyalı müdafiəçi Sabien Lilay və nigeriyalı hücumçu Ceyms Adeniyi ilə müqavilə bağlayıb.