“Qəbələ” və “Keşlə” finalda

“Qəbələ” və “Keşlə” finalda

Baxış sayı: 2. 899 dəfə baxılıb.

“Qəbələ” və “Keşlə” klubları Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, yarımfinal mərhələsinin ilk matçında evdə “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan  “Qəbələ” səfərdə dönüş edərək qələbəni təmin edib.

“Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı “Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində “Qəbələ”nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb.

Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Beləliklə, finalda  “Qəbələ” ilə “Keşlə” klubları üz-üzə gələcək.  

www.ÇıxışYolu.Com