5573fbca-12f3-436e-8c91-36e5a4fe8c65..jpg

Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var

Baxış sayı: 482 dəfə baxılıb.

Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Əmili kəndi ərazisindən
keçən hissəsində Rafael Əzizovun “Mercedes” markalı avtomobilə idarəetməni
itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılaraq
yanıb.

Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər
sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xədarətlərdən hadisə
yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Source link