7eeeb5e4-69ab-4c4a-95cc-bfb07baab12b..jpg

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 431 dəfə baxılıb.

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Asim Nadir oğlu
Səfərovla Qəbələ rayonunun Qəmərvan kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq
üçün Qəmərvan kənd qəbiristanlığına aparılır.

15:42

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında
naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş
hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna
gətirilib.

“Report” xəbər verir ki, şəhidin nəşi rayonun Qəmərvan kəndində ailəsinə
təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Asim Nadir oğlu Səfərov 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan
kəndində anadan olub. O, 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Aşağı
Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

A.Səfərov Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

Source link