acd2731a-e9b2-44f1-82f3-afd7a718273b..jpg

Qəbələdə iki maşın toqquşdu: Ölən var

Baxış sayı: 557 dəfə baxılıb.

Qəbələdə iki maşın toqquşdu: Ölən var

Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat
hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan
verilən məlumata görə, hadisə zamanı Seymur Zamanovun idarə etdiyi VAZ-2107 və
Əmrah Qasımovun idarə etdiyi QAZ-53 markall avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb. Sərnişini Yevlax rayon sakini Fərman
Səfərov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Source link