3c43e65e-c242-4474-b42f-6f9b0bd3732c..jpg

Qəbələdə kolluq və ağaclıq ərazi yanır – YENİLƏNİB + FOTO

Baxış sayı: 787 dəfə baxılıb.

Qəbələdə kolluq və ağaclıq ərazi yanır – YENİLƏNİB + FOTO

Qəbələdə baş verən yanğının sahəsi genişlənib.

APA xəbər verir ki, hazırda FHN-in yanğınsöndürənləri ərazidədir.

Yanğının sahəsi üç hektardan artıq ərazini əhatə edir.

Bununla yanaşı, Qəbələnin Tola və Soltannuxa kəndlərinin ərazilərində də
yanğın qeydə alınıb.

Kolluq ərazilər yanır.

18:35

Qəbələdə yanğın başlayıb.

APA xəbər verir ki, yanğın rayonun Kiçik Pirəli və Mirzəbəyli kəndləri
arasında olan sahədə qeydə alınıb.

Havanın küləkli olması səbəbindən yanğın genişlənib. Alov əsasən kolluq və
ağaclıq ərazidə yayılıb.

Yanğın ümumilikdə iki yerdə 1 hektara yaxın ərazini əhatə edir.

Qəbələ yanğından mühafizə hissəsinin əməkdaşları əraziyə cəlb olunub, alovun
qarşısını almaq üçün tədbirlər görülür.

Source link