c274336b-6b52-4d0a-b4d7-232f3ec53844..jpg

Qəbələdə külək iri gövdəli ağacı avtomobil yoluna aşırdı

Baxış sayı: 566 dəfə baxılıb.

Qəbələdə külək iri gövdəli ağacı avtomobil yoluna aşırdı

Qəbələdə külək iri gövdəli ağacı avtomobil yoluna aşırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ şəhərində iri
gövdəli ağacın avtomobil yoluna aşması ilə əlaqədar yaranan təhlükə barədə
məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri
çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağac küləyin
təsirindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri
ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb.

Xilasedicilər aşmış ağacı hissələrə kəsib yoldan kənarlaşdıraraq
avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər.

Source link