9f1a0856-15ae-4427-ad2c-3454de7d7954..jpg

Qəbələdə meşə ərazisi yanır

Baxış sayı: 853 dəfə baxılıb.

Qəbələdə meşə ərazisi yanır

Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki
kolluq sahədə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova
bildirib ki, ilkin ehtimala görə yanğın sözügedən kənddə vətəndaşın bağ
sahəsində xəzəllərin yandırılması nəticəsində başlayıb, sonradan meşə ərazisinə
keçib.

O qeyd edib ki, hazırda nazirliyin yerli qurumları, FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər
ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın
təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına
şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

Source link