Qəbələdə itkin düşən şəxsin öldürüldüyü məlum olub.
Bu barədə ÇıxışYolu.Com-a DİN-dən məlumat verilib.
Məlumata əsasən, rayonun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib.
Bu zaman V. Məmmədşərifova ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb.
Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.
V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.