dc58c05d-6420-4e3b-9b97-116b4742dd78..jpg

Qəbələdə qanunsuz ocaqxanaların fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Baxış sayı: 791 dəfə baxılıb.

Qəbələdə qanunsuz ocaqxanaların fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə reydi zamanı Qəbələ rayonu,
Nic qəsəbəsi ərazisində bağ və yaşayış sahələrinin yaxınlığında qeyri-qanuni
yolla ağac kömürü istehsal edən iki ocaqxana aşkar edilib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar
üsulla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə
cavab verməyən ocaqxanaların istismar edilməsi ərazidə yanğın təhlükəsini
yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına,
eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına
münbit zəmin yaradır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, qanunsuz çalışan ocaqxanaların
fəaliyyəti dayandırılaraq, “Azərbaycan Respublikası meşələrində yanğın
təhlükəsizliyi Qaydaları”nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq bağ və
yaşayış evlərinin yaxınlığında ağac kömürü istehsal etmək üçün xüsusi
ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə
tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət
qurumlarına rəsmi müraciətlər edilib.


Source link