Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Cixisyolu.com-a
verilən məlumata görə, oktyabrın 27-də saat 08:00-da Qəbələ rayonunun Böyük
Əmili kəndi ərazisində VAZ-2115 markalı avtomobil yolun kənarında dayanan
“Ford” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində VAZ-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev
aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin, 35 yaşlı Rusif Kərimov isə
xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.