a1178731-a08e-4cd8-aeee-548a9bd87ab6..jpg

Qəbələdə subasma zamanı iki azyaşlı köməksiz vəziyyətdə qaldı – VİDEO

Baxış sayı: 508 dəfə baxılıb.

Qəbələdə subasma zamanı iki azyaşlı köməksiz vəziyyətdə qaldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış iki azyaşlı təxliyə edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud
kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması
nəticəsində fərdi yaşayış evində iki azyaşlının köməksiz vəziyyətdə qalması
barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin
xilasetmə qrupu cəlb olunub.

Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz
əraziyə təxliyə ediliblər.

Həmin görüntüləri təqdim edirik:


Source link