Qəbələdə təbiətə altı min manata yaxın ziyan vurulub - FOTO

Qəbələdə təbiətə altı min manata yaxın ziyan vurulub – FOTO

Baxış sayı: 2. 087 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” istirahət mərkəzinin ərazisində yaşköküstə 12-28 sm diametrdə 35 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.

ETSN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, araşdırma zamanı ağacların “Karvan” istirahət mərkəzinin icarəçisi Elşən Məmmədov tərəfindən kəsildiyi müəyyənləşdirilib.

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

www.ÇıxışYolu.Com