77a868e5-a71d-48ce-8095-0c181c8fba6d..jpg

“Qəbələ”nin baş məşqçisi: “Oyunun Zəfər Gününə təsadüf etməsi bizə əlavə motivasiya verəcək”

Baxış sayı: 558 dəfə baxılıb.

“Qəbələ”nin baş məşqçisi: “Oyunun Zəfər Gününə təsadüf etməsi bizə əlavə
motivasiya verəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Olimpiakos”la oyun 8 Noyabr – Zəfər Gününə təsadüf etdiyindən, ikiqat
məsuliyyət var. Bu amil bizə əlavə motivasiya verəcək”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil
Xəlilov Yunanıstan “Olimpiakos”una qarşı keçiriləcək UEFA Gənclər Liqasının II
mərhələsinin ilk oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssisin fikrincə, budəfəki rəqib birinci mərhələdə üstələdikləri
Macarıstan “Puşkaş Akademiya”sından güclüdür:

“Olimpiakos” əvvəlki mərhələdə qarşılaşdığımız rəqibdən qat-qat təcrübəli və
güclü komandadır. Yunanıstan təmsilçisi I mərhələdə İtaliya klubu “Leççe”ni hər
iki görüşdə məğlub edib. Həmin qarşılaşmaları təhlil etmişik. Həm hücumda, həm
də müdafiədə kifayət qədər yaxşı təşkilatlanmış komandadır. Meydanboyu
kollektiv şəkildə hərəkət edirlər. Heyətlərində xeyli sayda təhlükəli oyunçular
var. Onlara qarşı müəyyən planlarımız olacaq”.

Famil Xəlilov şansları yarı-yarıya hesab edir:

“Uğur qazanmaq olar, mümkünsüz heç nə yoxdur. Bu cütdə az səhv edən komanda
mərhələni keçəcək. Ölkəmizi layiqincə təmsil etmək, növbəti mərhələyə adlamaq
üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” –
“Olimpiakos” oyunu saat 16:00-da başlayacaq.

Source link