Qriqorçuk erməni məşqçini əvəzlədi – YENİLƏNİB

Qriqorçuk erməni məşqçini əvəzlədi – YENİLƏNİB

Baxış sayı: 5. 447 dəfə baxılıb.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk rəsmən Qazaxıstanın “Astana” klubunun baş məşqçisi təyin olunub.

ÇıxışYolu.Com-ın xəbərinə görə, o bu gün yerli mətbuat nümayəndələrinə təqdim edilib.

11:33

“Qəbələ”dən ayrılan ukraynalı məşqçi Roman Qriqorçuk bu gün Qazaxıstan çempionu “Astana” ilə rəsmi müqavilə imzalaya bilər. 

ÇıxışYolu.Com xəbər verir ki, o bu postda erməni Qriqori Babayanı əvəzləməyə yaxındır.

Bu məsələyə Qazaxıstan futbolunun veteranı Kuralbəy Ordabayev də münasibət bildirib:

“Bu məşqçinin yaxşı və ya pis olması haqda nəsə deyə bilmərəm. Mətbuatdan biz bilirik ki, o, Azərbaycanda işləyib və hansısa müəyyən uğurları olub. Qriqorçukun Qazaxıstan çempionatına uyğunlaşması və “Astana” ilə tanış olması üçün vaxta ehtiyacı var”.

Qeyd edək ki, “Astana” Qazaxıstanı Çempionlar Liqasında təmsil edəcək və “Qarabağ”ın potensial rəqiblərindən biridir.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com